top
“Məlhəm” klinikasında xəstə həkim səhvi ucbatından ölüb? - AÇIQLAMA 
29 may 2025, 18:16
- +

“Məlhəm” klinikasında xəstə həkim səhvi ucbatından ölüb? - AÇIQLAMA 

Bakıda “Məlhəm” klinikasında həkim səhvi ucbatından ölüm halı baş verdiyi iddia olunub.

Bakuplus.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Məsələ ilə bağlı klinikaya sorğu ünvanlanıb.

Sorğuya cavab olaraq bildirilib ki, 29.05.2025-ci il tarixində sosial şəbəkələrdə səhər saatlarında “Məlhəm Beynəlxalq Hospital” MMC-də vəfat etmiş 22.09.1968-ci il təvəllüdlü Soltanov Şahid Maqsud oğlu barəsində heç bir hüquqi və faktiki əsası olmayan, yalan, həqiqətə uyğun olmayan və hospitalın işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmaqda davam etdiyindən baş vermiş ölüm hadisəsinin obyektiv səbəblərinin ictimaiyyətin diqqətinə çatdırılmasına zərurət yaranıb.

Bildirilib ki, 22.09.1968-ci il təvəllüdlü Soltanov Şahid Maqsud oğlu 17.05.2025-ci il tarixində şiddətli qarın ağrısı və bulantı-qusma şikayətləri ilə Hospitalın Təcili Yardım Şöbəsinə daxil olub:

“İxtisaslı həkim müayinəsindən sonra ona XBT10 kodu üzrə K85.8 “Digər kəskin pankreatitlər”, R65.3 “Orqan çatışmazlığı ilə qeyri-infeksion mənbəyə qarşı ümumi iltihablı cavab reaksiyası sindromu” əsas diaqnozlar qoyulmuşdur. Ş.M.Soltanovda E11.0 “İnsulindən asılı olmayan şəkərli diabet” və I10 “Essensial (birincili) hipertenziya” yanaşı gedən xəstəliklər olub.

Xəstə “Məlhəm Beynəlxalq Hospital” MMC-yə daxil olduqdan sonra stasionar şöbəyə yatırılmış və müvafiq müalicələrə başlanılıb. 22.05.2025-ci il tarixində xəstənin klinik vəziyyəti ağır olduğundan konsilium təşkil olunmuş və mövcud vəziyyətlə bağlı müalicəsi davam etdirilmişdir. KT müayinəsi zamanı Ş.M.Soltanovda sol tərəfli plevral maye və 40-50% nekrotizan pankreas toxuması aşkar olunub. Xəstənin vəziyyəti 23.05-28.05.2025-ci il tarixləri arasında ağır olub”.

Klinikadan bildirilib ki, 29.05.2025-ci il tarixində saat 07:03 radələrində xəstədə kardiak arrest izlənmiş və CPR başlanıb:

“Xəstə intubasiya olunaraq süni tənəffüs aparatına qoşulmuş və qapalı ürək masajı olunaraq reanimasiya şöbəsinə gətirilmişdir. 50 dəqiqə ərzində bütün reanimasiya tədbirlərinin həyata keçirilməsinə baxmayaraq saat 07:53 radələrində bioloji ölüm baş verib. Xəstəyə tibbi yardım göstərilən bütün müddət ərzində bu və ya digər tibbi və ya texniki qüsura yol verilməyib”.

Həmçinin o da qeyd edilib ki, nekrotizan pankreatit ölüm ehtimalı yüksək olan xəstəlikdir.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər