top
Məktəblərdə cinsi tərbiyə dərsi niyə keçirilmir? – Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA
30 aprel 2025, 16:50
- +

Məktəblərdə cinsi tərbiyə dərsi niyə keçirilmir? – Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA

Cinsi tərbiyə mövzusu bir çox ailə və cəmiyyət üçün tabu sayılır. Valideynlər və müəllimlər bu mövzunun məktəbdə açıq şəkildə müzakirə edilməsini narahatedici və “uyğunsuz” hesab edirlər.

Təhsil proqramlarında cinsi tərbiyə ya ümumiyyətlə yer almır, ya da çox səthi şəkildə qeyd olunur.

Bəs, görəsən, məktəblərdə niyə cinsi tərbiyə dərsi keçirilmir? Məktəblərdə cinsi tərbiyə tədris olunarsa, bu, cəmiyyət üçün faydalı olarmı?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə,  nəzərə almaq lazımdır ki, məktəbdə konkret bir proqramlara əsaslanaraq bütün dərslər keçirilə bilməz:

“Biz tez-tez bu cür müzakirələri görürük. Biri deyir ki, mütləq iqtisadiyyat keçirilsin, bəziləri deyir ki, cinsi tərbiyə dərsi keçirilsin. Biz məktəbə bütün fənləri gətirsək, o zaman uşaqlar gərək 24 saat məktəbdə olsun. Bu cəmiyyətdə yayğın bir fikirdir. Məktəbdə hər şey keçirilsə, o zaman gərək əsas fənlər keçirilməsin.

Burada əsas məsələ ailənin üzərinə düşür. Ailələr tərbiyə işini düzgün qurmalıdır. Məktəbdə də tərbiyə işi düzgün qurulmalıdır. Burada çıxış yolu ondan ibarətdir ki, məktəbdə hansısa tərbiyəvi söhbətlər, müzakirələr aparıla bilər.

Ailə və məktəb öz rolunu düzgün oynamalıdır. Sadəcə əlavə maarifləndirici görüşlər keçirilə, əlavə məlumatlar və bilgilər verilə bilər”.

Psixoloq Aytən Ələkbərli qeyd edib ki, cinsi tərbiyə mövzusu ilə bağlı məktəblərə heç psixoloqları da dəvət edib, maarifləndirmə aparılmır:

“Bu mövzu tədris edilməlidir. Çünki nə isə danışılarsa, xüsusən də yeniyetmələrdə eyforiya halları baş verir. Bu mövzu uşaqlar ilə fərdi və ya əlavə qrup şəkilində, videoçarxlar nümayiş etdirərək müzakirə olunsa, daha çox nəticə əldə etmək mümkündür.

Yeniyetmələr arasında zorakılıq halları artıb. Çünki onların hissləri oyaq olur. Yaxşı olardı ki, Daxili İşlər və Səhiyyə nazirlikləri tərəfindən sosial çarxlar hazırlansın. İzahı peşəkar psixoloqlar tərəfindən verilərsə, gözəl nəticə əldə etmək olar”.

Təhsil eksperti Elçin Süleymanov isə əlavə edib ki, cinsi tərbiyə mövzusunda fakültətiv dərslər keçirilə bilər:

“Məktəblərdə sırf cinsi tərbiyə kimi ayrı bir fənn deyil, müəyyən fənlərin tədrisində əlaqəli mövzular keçirilir. Məsələn, biologiya və həyat bilgisi fənlərinin içərisində olur. Düşünürəm ki, əgər müəllimlər bu mövzuda effektiv anlayışları şagirdlərə çatdırırlarsa, yetərlidir. Yəni ki, sinif rəhbəri fakültətiv məşğələ və ya müəyyən təlimlər keçə bilər. Mütəxəssislər də dəvət edilə bilər…

Bəzi ölkələrdə bu fənn tədris edilsə də, çox ölkələrdə yoxdur. Bu, fənn şəklində yox, daha səmimi bir fəaliyyət şəkilində təşkil oluna bilər”.

Nəzrin Vahid 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər