Bakıda dayanma-durma qaydasını pozan sürücü hərəkətə maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 12-də, paytaxtın Təbriz küçəsində baş verib.
Belə ki, 77-CM-775 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü ikinci cərgədə parklanma edərək hərəkət hissəsini daraldıb. Bu səbəbdən digər sürücülər hərəkət zamanı çətinliklə üzləşiblər.
Qeyd edək ki, ikinci cərgədə dayanma-durma qaydasının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə 2 bal və 80 manat məbləğində cərimə nəzərdə tutulub.