“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.
Musavat.com xəbər verir ki, hadisə iyulun 6-da gecə saat 02:00 radələrində olub.
Hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında yaşanıb. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib: şirkətin xeyli geyim əşyaları yanaraq məhv olub.
İlkin məlumata görə, hadisə qısaqapanmadan baş verib.