Kürdəxanıdakı obyektdə yanğın məhdudlaşdırılıb.
Bu barədə Bakuplus.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***
10:18
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Bakuplus.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.