“Koroğlu” metrostansiyasının avtobuslara çıxış istiqamətində bəzi lövhələr yerləşdirilib. Bu lövhələrdə marşrutların nömrələri, hansı istiqamətdə dayandıqları qeyd olunub. Ancaq bəzi avtobusların nömrəsi dəyişsə də, lövhədə dəyişiklik və yenilənmə aparılmayıb. Bu isə çoxsaylı sərnişinlərin çaşqınlığına səbəb olur.
Bizim.media məsələylə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
Agentliyin verdiyi açıqlamada bildirilib ki, sözügedən lövhələrin dəyişidirlməsi nəzərdə tutulub.
"Yaxın zamanda müvafiq dəyişiklik edilərək lövhələr yenilənəcək".