Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində sökülmüş piyada səkisi piyadalara maneələr yaradır. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Belə ki, sözügedən piyada keçidinin qanunsuz inşa olunması müəyyən edilmiş və cari ilin mart ayında onun sökülməsinə başlanılmışdı.
Hazırda piyada keçidi olmasa da, onun bünövrəsi əvvəlki kimi qalıb, səkinin böyük hissəsi zəbt olunmuş qalıb. Bu da insanların hərəkətində ciddi maneələr yaradır.
[caption id="attachment_116893" align="alignnone" width="640"] Foto Bakuplus.az[/caption]