Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.
Bakuplus.az xəbər verir ki, aksiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Qanvermə aksiyasında Dövlət Komitəsinin sədri Ramin Məmmədov və komitənin səlahiyyətli şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edir.