Nərimanov rayonunda, Həsən Əliyev və Albert Aqarunov küçələrinin kəsişməsində yerləşən dairədə sürücülər üçün təhlükəli vəziyyət yaranıb. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Zaur Nudirəliyev küçəsindən gələn istiqamətdə dairəvi hərəkəti bildirən 4.3 nişanı bir müddət əvvəl qopub və hələ də lazımi yerə qaytarılmayıb. Bu səbəbdən həmin tərəfdən gələnlər üçün dairəvi hərəkət qaydalarına əməl etməyə işarə edən heç bir nişan yoxdur. Bu da sürücüləri təhlükə ilə üz-üzə qoyur.
Qayda pozuntusu və ya qəza baş verdikdə nişanın olmaması sürücülərin məsuliyyətə cəlb olunmasını mümkünsüz edir.