Bakının Nərimanov rayonu ərazisində yerləşən Kazım Kazımzadə küçəsində aparılan təmir işləri yekunlaşıb. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən (AAYDA) məlumat verir.
Təmir zamanı asfalt yenilənib, bordür daşları düzülüb, yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yeniləri ilə əvəz olunub.
Sonuncu mərhələdə yol nişanları quraşdırılıb, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri çəkilib.