top
İtaliyanın RAI telekanalı Bakıdan reportaj yayımlayıb
15 iyul 2025, 13:43
- +

İtaliyanın RAI telekanalı Bakıdan reportaj yayımlayıb

İtaliyanın RAI telekanalı Qobustan Milli Tarix-Bədii Qoruğu, paytaxt Bakı, eləcə də ölkəmizdə rəqəmsal texnologiyaların və süni intellekt həllərinin tətbiqi ilə bağlı geniş reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, kanalın ölkəmizə ezam olunan jurnalisti Barbara Karfanya Azərbaycanın mədəni və təbii irs baxımından zəngin ölkə olduğunu, Qobustan qoruğunun tarixin daş yaddaşı hesab edildiyini deyib, buradakı qayaüstü təsvirlərini heyrətamiz adlandırıb. Bildirib ki, buradakı qayaüstü rəsmlər və Qaval daşı eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edir.
Reportajda qoruq ərazisindəki açıq səma altındakı qayaüstü təsvirləri və burada yerləşən muzeydə nümayiş etdirilən eksponatlar, eləcə də Palçıq Vulkanları Turizm Kompleksindəki palçıq vulkanlarının xüsusiyyətləri haqqında məlumat verilir.
Bildirilib ki, Qobustan qayaüstü təsvirləri ilk dəfə 1939-cu ildə aşkar olunub. Qobustan abidələri 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. 2019-cu ildə isə Qobustan qayaüstü rəsmləri İslam Dünyası İrsi Siyahısına daxil olunub.
Reportajda Azərbaycan paytaxtına, eyni zamanda, “ASAN xidmət”in fəaliyyətinə, xidmət mərkəzlərinə və tətbiq olunan innovativ texnologiyalara da xüsusi yer ayrılıb. Bundan başqa, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov burada rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlili və koordinasiyasının həyata keçirildiyini bildirib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev italiyalı jurnalistə müsahibəsində ölkəmizin Çini Avropa İttifaqı ilə birləşdirən ticarət yollarının, eyni zamanda, İran körfəzi və Rusiya limanları arasında ənənəvi logistika qovşaqlarının kəsişməsində yerləşdiyini deyib. Qeyd edib ki, bu strateji yerləşmə çoxşaxəli əlaqələr yaradır. Azərbaycan ənənəvi logistika ilə yanaşı, Xəzər dənizi boyunca Şərqlə Qərbi birləşdirəcək yeni rəqəmsal əlaqənin yaradılmasına sərmayə yatırır. Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi Azərbaycanı Avropaya birləşdirəcək. “Rəqəmsal İpək Yolu” regionumuzda getdikcə əhəmiyyətli məlumat və rəqəmsal trafik axınına gətirib çıxaracaq, rəqəmsal telekommunikasiya strategiyamızın ayrılmaz hissəsinə çevriləcək.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər