top
İş yerində baş verən qanlı qətl - Bıçağı sinəsinə vurmuşdu
07 iyul 2025, 17:31
- +

İş yerində baş verən qanlı qətl - Bıçağı sinəsinə vurmuşdu

Şəxsi münasibətlər zəminində iş yoldaşını qətlə yetirən Şahlar Ağayevin məhkəməsi davam edir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Şahlar Ağayevin cinayət işi üzrə keçirilən iclasda şahidlərin sərbəst ifadələri dinlənilib.

İlk olaraq şahid Məhəmməd Ağayev ifadə verib. O, təqsirləndirilən şəxslə iş yoldaşı olduğunu bildirib:

“Şahlarla şəxsi ədavətim olmayıb. Bir dəfə iş yerində otağın sıxlığı səbəbindən Şahlarla Pünhan arasında mübahisə düşdü. Şahlar ona “otaq sıxlıqdır, sən çıx” dedi. Pünhan buna əsəbiləşib Şahlara söyüş söydü. Biz onları sakitləşdirməyə çalışdıq. Pünhanı çölə çıxartdım. Rəhmətlik mənə əl-qol atdı. Daha sonra Pünhan yenə otağa gəldi. Bu dəfə Şahların nömrəsini götürdü.

Hadisədən əvvəl aralarında bir neçə dəfə də mübahisə olmuşdu. Bıçaqlanma hadisəsindən xəbərim olmayıb, yalnız işdən zəng gələndən sonra öyrəndim”.

Zərərçəkmişin hüquqi varisi Tofiq Fərzalıyev şahidin ifadəsinə etiraz edərək onun hər şeyi açıq danışmadığını iddia edib.

Daha sonra şahid qismində Coşqun Fərzalızadə ifadə verib:

“Mən Şahları tanımıram. Hadisə zamanı gördüm ki, o, Pünhanı bıçaqladı. Bıçağı sinəsinə vurmuşdu. Pünhanın Şahların üzərinə hücum etdiyini görmədim. Hadisədən sonra əmioğlumun bıçaqlandığını görüb mən də Şahları döydüm”.

İş üzrə digər şahid isə hadisədən əvvəl yaşananları danışıb:

“Pünhanın övladı əməliyyat olunmuşdu, biz də onlara baş çəkməyə getmişdik. Uşağa görə evdə yığıncaq təşkil edilmişdi. Gələndə gördük ki, Pünhan əsəbi şəkildə telefonla danışır. Kiminlə danışdığını bilmirdik.

Daha sonra evdən çıxıb getdi. Biz də arxasınca getdik. Çatanda gördük ki, qışqıraraq “məni bıçaqladı” deyir. Hətta Şahlar bizə də bıçaq çəkdi. Daha sonra Pünhanı xəstəxanaya apardıq. Oradan isə bizi polis şöbəsinə apardılar. Pünhanın öldüyünü yalnız axşam saatlarında bildik”.

Qeyd edək ki, hadisə bu il martın 14-də paytaxtın Yasamal rayonu, Tbilisi prospektində baş verib. 1999-cu il təvəllüdlü Şahlar Ağayev aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı iş yoldaşı 1992-ci il təvəllüdlü Pünhan Fərzalıyevi bıçaqlayaraq qətlə yetirib.

Şahlar Ağayevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər