Mehdiabad qəsəbəsi Səttar Bəhlulzadə küçəsindəki villada kişi meyiti tapilib.
Bakuplus.az-ın əldə etdiyi məlumata görə, ölən şəxs 1981-ci il təvəllüdlü İsaq Tağıyevdir.
Bildirilir ki, sözügedən villa iş adamına məxsusdur və İ.Tağıyev orada bağban kimi çalışırmış.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit müayinə üçün morqa aparılıb.
Faktla bağlı araşdırılma başlanılıb.