top
İntensiv yağan yağışlar zamanı dəymiş ziyanı kim ödəyəcək? – ÖZƏL AÇIQLAMA
16 aprel 2025, 17:20
- +

İntensiv yağan yağışlar zamanı dəymiş ziyanı kim ödəyəcək? – ÖZƏL AÇIQLAMA

Artıq iki gündür respublika ərazisində hava şəraiti kəskin dəyişib. Ötən gecədən başlayaraq intensiv yağış yağmağa başlayıb. Bunun nəticəsində paytaxtın bir sıra küçə və prospektlərini, eyni zamanda körpüləri su basıb. Maşınlar su altında qalıb.

Bununla yanaşı sosial şəbəkələrdə idman zallarından birinin də su altında qaldığını görürük.

Xatırladaq ki, subasmaya məruz qalan yerlərdən biri də ötən ilin oktyabrında iki nəfərin boğularaq öldüyü Sabunçu rayonu ərazisindəki tuneldir.

Bəs görəsən, güclü yağışlar nəticəsində su basqınları və əmlaka dəyən zərər – kompensasiya kim tərəfindən ödənilir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, insanlar təbii fəlakətlər, təbiət hadisələri və fövqəladə vəziyyət olan zamanı təhlükəsizliklərini necə təmin etməli olduqlarını bilməlidirlər:

“Belə hallarda vətəndaş hara təxliyə olunacağını və hansı quruma müraciət etməli olduğunu bilməlidirlər. Təhlükə ilə üzləşəndə nə etməli olduqlarını öyrənməlidirlər. Hər kəsin ən azından ilkin məlumatı olmalıdır. Lüzum olmadığı təqdirdə səfərlərini təxirə salmalı və evdən çölə çıxmamalıdırlar.

Güclü yağışlar leysan, çay daşması və s. yaradır.  Bu kimi hallardan qorunmaq üçün insanlar yaşadıqları evin xarakteristikasına uyğun davranmalıdırlar. Hansı təhlükə riskləri olacağından öncədən məlumatlı olmalıdırlar.

Sürüşmə zonasıdırsa, sürüşmə baş verə bilər. Təhlükə risklərinə qarşı öncədən də hazırlıq planları olmalıdır. Azyaşlı şəxsləri və yaşlıları tək qoymaq olmaz. Təhlükəni önləmək üçün müəyyən tədbirlər həyata keçirməlidirlər. Hər bir vətəndaş davranış qaydalarını bilməlidir”.

Hüquqşünas Şamil Paşayev isə qeyd edib ki, vətəndaş öz əmlakını, obyektini sığortalamayıbsa, qanunvericilik kompensasiyanı tənzimləmir:

“Təbii fəlakət və ya hər hansı bir hadisə nəticəsində şəxslərin əmlakına, evinə, biznesinə ziyan dəyə bilər. Bu ziyanı qarşılamaq üçün ölkədə sığorta sistemi tətbiq olunmalıdır. Sığorta Agentlikləri tərəfindən öz əmlaklarını, bizneslərini sığorta etməlidirlər. Belə olanda vurulan ziyana görə sığorta şirkətləri vətəndaşlara ödəniş həyata keçirir. Vətəndaş öz əmlakını, obyektini sığortalamayıbsa, qanunvericilik kompensasiyanı tənzimləmir.

Ona görə də insanlar sahib olduqları əmlak və obyektləri sığortalamalıdırlar ki, belə hallar baş verəndə sığorta şirkətləri kompensasiyanı ödəsin”.

Nəzrin Vahid 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər