Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən R.Əmiraslanova tutulub.
Teleqraf.az xəbər verir ki, faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşıb və materiallar məhkəməyə göndərilib.
Məhkəmənin hökmünə əsasən, R.Əmiraslanova Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 (İnsan alveri) və 144-3.4-cü maddələri ilə təqsirli bilinib və səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.