“7 ildir bu vəziyyətdə olan yerə Hövsan bələdiyyəsi necə gəlir? Şəxsən biz gələ bilmirik. Burada səkidən söhbət gedə bilməz. Solumuzu ümumiyyətlə zəbt ediblər ”.
Bakuplus.az xəbər verir ki, bu sözləri Dj Tural şəxsi sosial media hesabında paylaşdığı videoda deyib.
Onun sözlərinə görə, sözügedən ərazi, yəni Hövsan bələdiyyəsinin yanı sanki savaşdan çıxıb:
“Cəmi 50 metr olan yer niyə bu vəziyyətdədir? Yol deşik-deşikdir. Hər yağışdan sonra daha da deşilir. Sizcə, niyə?”.