Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində avtobus dayanacağında lövhə məlumatsız quraşdırılıb. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Sözügedən ərazidəki lövhədə hansı avtobusların ərazidən keçməyi qeyd olunmayıb. Bu səbəbdən avtobus gözləyən vətəndaşlar əziyyət çəkirlər, hansı avtobusun keçdiyini bilmirlər.
Sakinlərin sözlərinə görə, avtobusların əksəriyyəti bu ərazidən keçsə də, həmin dayanacaqda saxlamır. Məlumatsız qalan vətəndaşlar harada düşəcəklərini və yaxud minəcəklərini bilmirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, Bakının marşrut şəbəkəsi yenilənir. Yenilənmə işləri yekunlaşdıqdan sonra marşrutların nömrələrini əks etdirən lövhələr yeni standartlar əsasında quraşdırılacaq.