top
2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? – Rəsmi AÇIQLAMA
06 iyun 2025, 17:42
- +

2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? – Rəsmi AÇIQLAMA

Bakıda avtobusların interval problemi hələ də həllini tapmayıb. Xüsusilə pik saatlarda avtobuslar 20 dəqiqə, yarım saat və daha çox ləngiyirlər. İşinə, evinə gecikən sərnişinlər çarəsiz qaldığı üçün sıxlıqdan yana əyilmiş bu avtobuslarda getməli olurlar. Sərnişin sıxlığından yaranmış xoşagəlməz qoxunun öhdəsindən heç yenicə işə salınmış kondisionerlər də gəlmir.

İnterval problemi düzəlməyən avtobuslardan biri də 2 nömrəli marşrutdur. Beynəlxalq Avtovağzal-Nərimanov marşrut xətti üzrə hərəkət edən avtobusu səhər-axşam dəqiqələrlə gözləməkdən bezmiş, səbri tükənmiş yorğun sərnişinlər avtobusda kobudluq edir, sürücü ilə söz savaşına çıxırlar.

Bəs bu marşrut avtobuslarının intervalının çox olmasına səbəb sadəcə tıxaclardırmı?

Nəzərə alsaq ki, eyni xətt üzrə digər avtobuslar müntəzəm hərəkət edir, belə qənaətə gəlmək olar ki, problem məhz qeyd olunan avtobusdadır. Xətt üzrə sərnişin axınına uyğun avtobus sayı düzgün planlaşdırılmadıqda, belə problemlər yaranır.

Az reyslə çox gəlir əldə etmək məqsədi ola bilər...

Sərnişinlər iddia edirlər ki, bəzi marşrut avtobusları bilərəkdən xəttə az buraxılır. Belə ki, avtobusun az olması yanacağa qənaət etmək, yaxud da az reyslə çox gəlir əldə etmək məqsədi ilə də ola bilər – hər halda dolu avtobus daha sərfəlidir.

Mövzu ilə bağlı "BakuBus" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva bizim.media-ya bildirib ki, şirkətin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti marşrut pasportuna əsasən 7-8 dəqiqəlik intervalla fəaliyyət göstərir və xətt üzrə ümumilikdə 24 avtobus hərəkət edir.

Son günlərdə bu marşrut xətti üzrə pik saatlarda gecikmələr müşahidə olunur. Gecikmələrə səbəb, 9 may tarixindən etibarən Əhməd Rəcəbli-Şəki dairəsi istiqamətində aparılan yol təmir işləridir.
“Təmir işləri ilə əlaqədar olaraq marşrut xəttinin hərəkət trayektoriyası müvəqqəti olaraq dəyişdirilib. Avtobuslar hər iki istiqamət üzrə Şəki dairəsindən keçməklə Uluqbəy küçəsi, Ağa Nemətulla küçəsi ilə hərəkət edir”.

"BakuBus" MMC 2 nömrəli avtobus sərnişinlərindən tezliklə təmir işləri başa çatanadək yaranan müvəqqəti gecikmələrə görə anlayışlı olmalarını xahiş edir.

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər