“Arabian Ghost” adlı haker qruplaşması ölkəmizin bir sıra informasiya ehtiyatlarına, o cümlədən dövlət saytlarına qarşı kiberhücumlar həyata keçirdiyini açıqlayıb.
Bu barədə Bakuplus.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
“Məlumat üçün bildiririk ki, dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücümlar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən 24/7 monitorinq olunur və bu hücumların qarşısı tərəfimizdən keçirilən tədbirlər nəticəsində alınır. Kiberhücümların hazırda da davam etməsinə baxmayaraq, dövlət qurumlarının informasiya ehtiyatlarında heç bir dayanma və ya müdaxilə halı qeydə alınmayıb”, – məlumatda qeyd olunub.
“Vətəndaşları və dövlət qurumlarını kibertəhlükəsizlik sahəsində diqqətli olmağa, şübhəli fəaliyyətlər barədə dərhal məlumat verməyə və təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırıq.
Qeyd edək ki, XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəsmi saytında (https://www.cert.gov.az) kibertəhlükəsizliklə bağlı məlumatlar və tövsiyələr mövcuddur”, – deyə məlumatda bildirilib.