Ötən gündən Bakıda başlayan güclü külək səbəbindən ağacların sınması ilə bağlı 7 müraciət daxil olub.
Bu barədə Bakuplus.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, daxil olan müraciətlərdən ikisi ağac aşma, beşi isə budaq qırılması hadisəsi ilə bağlı olub.
Birliyin əməkdaşları aşmış ağacları və qırılmış budaqları hadisə yerindən götürərək ərazini təmizləyiblər.