Müğənni Nazim Pişyarinin (Faytonçu) səhhətində yenidən problem yaranıb.
Kult.az xəbər verir ki, bu barədə aparıcı Zümrüd Bədəlova məlumat verib.
Sənətçi ilə telefon bağlantısı yaradılıb.
Nazim su çiçəyinə yoluxduğunu, 10 gün karantində qalacağını və hazırda yaxşı olduğunu bildirib.
Xatırladaq ki, Nazim Pişyari bir müddət öncə insult keçirmişdi.