Nərimanov rayonu, Fətəli Xan Xoyski, 38A ünvanında yaşıllıqların təhlükə altında olduğu bildirilir. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Söhbət “Şin zavodu”nun istismara yararsız yataqxana binalarından gedir. Bildirilir ki, hansısa sahibkar binanın olduğu ərazini hasara alıb və burada obyekt tikmək istəyirdi. Bununla da ərazidə yaşıllıqlar məhv olacaqdı.
“Burada obyekt tikmək istəyirdi. Biz gəldik, şikayət etdik ki, burada tikmək olmaz. Bizim uşaqların oynadıqları yerdir, orada yanğınsöndürənlər üçün girişə yol qalmır. Burada yaşıllıqları biz özümüz, Yaşıllaşdırma İdarəsinin işçiləri ilə bigə köməkləşib yaratmışıq”, – deyə sakinlər şikayət edirlər.
Söküntü və tikinti işlərini həyata keçirəcək şirkətdən məsələ ilə bağlı bildirilib ki, yaşıllıq ərazi də daxil olmaqla ümumilikdə 1,6 hektar ərazi sakinlər üçün inşa olunacaq kompleksə ayrılıb. Yaşıllıq əraziyə gəldikdə isə həmin sahə olduğu kimi saxlanılacaq, ətrafı abadlaşdırılaraq sakinlərin istifadəsinə veriləcək.