Günlərdir axtarılan 17 yaşlı qız ailəsindən imtina edib.
Bakuplus.az xəbər verir ki, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişinə gələn 8 gündür axtarılan Fatimə Rabil qızı Kazımzadəni Xırdalan şəhərində yaşayan Emin adlı şəxsin evinə gedibmiş.
Məlumata görə, Emin 4 uşaq atasıdır və mütəmadi olaraq həyat yoldaşına şiddət göstərir.
Qeyd edək ki, veriliş zamanı Fatimənin atası Rabilin 21 yaşlı oğlu olduğu məlum olub. Ailənin övladlarına qarşı biganə davranışı isə izləyicilərin sərt tənqidinə səbəb olub.
Fatimə son olaraq ailəsi ilə yaşamaq istəmədiyini və sığınacağa yerləşdirilməsini xahiş edib.