Bakının Binəqədi rayonunda yerləşən fərdi yaşayış evini su basıb.
Bakuplus.az xəbər verir ki, bu barədə mənzil sahibi sosial şəbəkələrdə məlumat yayıb.
Onun sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət etsə də, şikayətinə baxan olmayıb:
“7-ci mikrorayon, Fərman Məlikov 29 A ünvanında sabaha qədər evə yağış yağıb. Səhərə qədər su daşımışıq. 2 dəfə FHN-ə, bina sahibinə zəng vurduq, heç biri gəlmədi”.