top
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - Şikayət + FOTO
13 may 2025, 15:42
- +

“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - Şikayət + FOTO

“Relt House” MTK evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparır, ancaq layihədə onların təklif etdiyi kimi mənzil planı yoxdur”. 


Bu şikayətlə qafqazinfo.az-a Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti bina 7-nin bir qrup sakini müraciət edib. 


Vətəndaşların sözlərinə görə, 3 otaqlı evlərinə eynisi təklif olunsa da, mənzillər ölçü baxımından problemlidir: “Onların təklif etdiyi otaq ölçüsü bizim evimizdəkindən balacadır, koridoru isə böyükdür. Əlavə həyətimiz də var, bunu nəzərə almırlar. Üstəlik, şirkət 4 mənzillə razılaşma əldə etməyib. İstəyirik, evimiz neçə kvadrat metrdirsə, bizə o ölçüyə malik mənzil verilsin. Razılaşma olmadığı üçün qarşı tərəf bizi məhkəməyə verdi, hazırda proses davam edir”.


Sakinlər, həmçinin qeyd ediblər ki, icra hakimiyyətinin daha öncəki sənədində də söküntüyə razılaşma şərtləri ilə icazə verilib: “Söküntü yalnız bizim razılığımız olduqdan sonra başlanılmalıdır. Ancaq MTK rəhbəri bizə dedi ki, bu iş onların xeyrinə məhkəmədə həll olacaq, elə də olur. Artıq burada yaşamaq mümkün deyil, divarlardan su damır, evlərin qapı-pəncərəsini də söküblər ki, əmlakımızı istənilən qiymətə satıb, çıxaq”.


İddialarla bağlı “Relt House” MTK ilə əlaqə saxlanılıb. Şirkətdən sorğuya cavab olaraq deyildi ki, razılaşmayan sakinlərin məsələsinə Binəqədi Apellyasiya Məhkəməsi və Ali Məhkəmədə baxılır: “Həmin sakinlərin bizdən istəyi mənzillərinin dəyərindən qat-qat artıqdır. 60 kvadrat metr mənzilə 400 min manat pul istəyirlər. Bu, düzgün deyil. Binanın söküntü məsələsinə gəldikdə, MTK heç bir söküntü işi aparmır. İddialar əsassızdır, qapı-pəncərələr köçürülən, yəni MTK ilə razılaşan ev sahibləri tərəfindən sökülüb. Razılaşmayan sakinlər bilməlidirlər ki, onlar həm bizim, həm də razılaşıb kirayədə yaşayan qonşularının hüquqlarını pozurlar. Biz şirkət olaraq məhkəmənin qərarlarını gözləyirik”.


Məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də sorğu ünvanlanıb. Komitənin mətbuat katibi Ramiz İdrisoğlu saytımıza açıqlamasında bildirdi ki, əraziyə baxış keçirilib: “Binəqədi rayonu, Azadlıq prospektində yerləşən ünvanda tikinti şirkəti tərəfindən vətəndaşlarla razılaşma olmadan söküntü işlərinin aparılması ilə bağlı daxil olmuş müraciətlər araşdırılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və hər hansı söküntü işlərinin aparılmadığı müəyyən edilib”.


Qurumdan o da qeyd edilib ki, sözügedən ünvanda 11 iyul 2016-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən pilot layihə çərçivəsində tikinti işlərinin aparılmasına dair müvafiq icazə verilib.


 



 

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər