Tanınmış tar ifaçısı Arslan Növrəslinin səhifəsi oğurlanıb.
Bakuplus.az xəbər verir ki, bu barədə o, şəxsi sosial media hesabında məlumat yayıb.
Onun sözlərinə görə, səhifəsi ermənilər tərəfindən ələ keçirilib.
Qeyd edək ki, Arslan Növrəsli hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsinin "İnstrumental ifaçılıq və musiqi müəllimliyi" kafedrasının müdiri vəzifəsində çalışır. O, tarda ilk dəfə harmonik caz standartları ifa edən tarzən kimi tanınır.