Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May - Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı qazaxlı Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən parça səsləndirib.
Bakuplus.az xəbər verir ki, Ərdoğan şeiri səsləndirmədən öncə çıxışında “Biz həmişə Azərbaycanın yanında olacağıq. Rəbbim Azərbaycan-Türkiyə qardaşlığını daim etsin!” deyib.