top
“Ərazini boş görənlər gətirib istədikləri zibili atırlar” - ŞİKAYƏTÇİ + VİDEO
13 iyun 2025, 10:30
- +

“Ərazini boş görənlər gətirib istədikləri zibili atırlar” - ŞİKAYƏTÇİ + VİDEO

“Artıq bir müddətdir ki, 10 BF 346 nömrəli kanalizasiya təmizləyən maşını evimizin yaxınlığında yerləşən boş sahəyə hər gün müntəzəm şəkildə çirkab suları boşaldır”.

Bu şikayətlə qafqazinfo.az-a paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi, Tofiq Kazım küçəsində yaşayan vətəndaş Namiq Hüseynov müraciət edib.
Vətəndaşın sözlərinə görə, həmin maşın bu işi qanunsuz olaraq görür. Şikayətçi deyir ki, ümumiyyətlə, ərazini boş görənlər istədikləri zibili gətirib ora atırlar: “Bu hal həm ətraf mühitin çirklənməsinə, həm də yaşayış mühitində dözülməz qoxu və antisanitariya şəraitinin yaranmasına səbəb olur. Ailəmiz, xüsusilə uşaqlar və yaşlılar bu vəziyyətdən çox əziyyət çəkir. Bildirmək istəyirəm ki, bu, ekoloji və sanitariya normalarının ciddi şəkildə pozulmasıdır”.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Sözügedən ərazidə yığılan tullantılar Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən müntəzəm olaraq təmizlənsə də, ətraf sahələrdə yaşayan sakinlər tərəfindən məişət və digər tullantıların həmin əraziyə atılması halları hələ də davam etdirilir. Sonuncu müraciətlə əlaqədar qeyd olunan ərazidə yenidən təmizlik işləri aparılacaq.

Eyni zamanda çirkab su daşıyan avtomobillər vasitəsilə həmin əraziyə tullantı sularının boşaldılmasının qarşısının alınması ilə bağlı müraciətdə qeyd olunan nömrə nişanlı avtomobilin sahibinin müəyyən edilməsi və barəsində qanunamüvafiq qaydada lazımi tədbirlərin görülməsi üçün Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə məlumat verilib”.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər