Bakının Əmircan qəsəbəsində aparılan təmir işləri sakinlərin narazılığına səbəb olub.
Sakinlərin Bakuplus.az-a verdiyi məlumata görə, işlər ərazidə heç bir layihə və təşkilatlanma olmadan həyata keçirilir. Nəticədə yolun ortasına daşlar yığılıb, nə piyadalar, nə də avtomobillər normal hərəkət edə bilir.
Bildirilir ki, təmir işləri başdansovdu həyata keçirilir.