Tanınmış müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.
Bu haqda sənətçinin xanımı Anaxanım Mirəliyeva moderator.az-a açıqlama verib.
“Əli müəllim xəstəxanadadır. İtin zənciri ayağına dolaşıb, yıxılıb travma alıb. Əməliyyat olunub, reanimasiyadadır. Sabah palataya çıxaracaqlar” - sənətkarın xanımı bildirib.