Keçmiş əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından imtina edib.
O, bu haqda moderator.az-a açıqlamasında bildirib:
“Əsirlikdən gələn gündən mənimlə münasibətləri pisdir. Ancaq pul, var-dövlət fikirləşir. Söz-söhbətdən daha bezmişəm. Bir yer verib mənə, orada ev tikmişəm. Gündə gedib-gəlir ki, traktorla uçurdacam. Quyudan su çəkmişəm, gəlib suyumu kəsib. 10 gündür içməli su tapmırıq. Bütün işlərimə mane olur. Mənim o adda nə atam var, nə də valideynim” , - deyə o bildirib.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülsə də, 2020-ci ildə onların Bakıya gətirilməsi təmin edilib.