Xəbər verdiyimiz kimi, Bakı sakinlərindən biri “Dəniz Mall”un havalandırma sisteminin təmizlənmədiyini iddia etmişdi.
Məsələ ilə bağlı “Dəniz Mall” Bakuplus.az-a açıqlama verib.
Bildirilib ki, sözügedən video “Dəniz Mall”a aid deyil:
“Mövcud videoda sadəcə hər hansı bir boru olduğu görünür. İddialar əsassızdır. Hazırda tərəfimizdən baxış keçirilir. “Dəniz Mall” olaraq daim qonaqlarımıza keyfiyyətli xidmət göstərmək üçün çalışırıq”.
***
27 aprel 12:00
Bakı sakinlərindən biri “Dəniz Mall”un havlandırma sisteminin təmizlənmədiyini bildirir.
Bakuplus.az-a müraciət edən şikayətçinin sözlərinə görə, havalandırma borularının içi kif, göbələk və digər çirkabla doludur.
Bildirilib ki, bu, birbaşa kütləvi xəstəliklərin səbəbi ola bilər.
Görüntüləri təqdim edirik: