Dəm qazından boğulan ADA Universitetinin tələbəsi Sərxan və qardaşı Əli Həsənov Nərimanov rayonu ərazisində PY UA, 38/10 ünvanındakı mənzildə kirayə yaşayırdılar. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
İkiotaqlı mənzilin bir otağında 23 yaşlı Əli yeni ailə qurduğu xanımla, digər otaqda isə Sərxan qalırmış. Hadisə baş verdiyi gündə Əli həyat yoldaşını atası yanına aparıb.
Yanvarın 24-də qohumları Əli və Sərxanın telefon zənglərinə cavab vermədiklərini görüb narahat olublar. Evə gələn qardaşların qohumlarından biri pəncərəni sındıraraq otağa daxil olub və gənclərin artıq öldüyünü aşkar edib.
İlkin məlumata görə, zəhərlənmə evi isidən sobadan baş verib.
Mərhum qardaşlar əslən Tovuzdan olublar, onların 2 bacıları da var. Qardaşların nəşləri dəfn olunmaq üçün rayona aparılıb, Ağbulaq kəndində dəfn ediliblər.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
[caption id="attachment_127658" align="alignnone" width="640"] Foto Qafqazinfo.az[/caption]