Müğənni Zəhra Muradova canlı oxuya bilmədiyi halda toylardan fantastik qazanc əldə etdiyini açıqlayıb.
Bakuplus.az xəbər verir ki, o, bu barədə "Rəngarəng" verilişinə qonaq olarkən bildirib.
Z.Muradova bildirib ki, oxuya bilməsə də, xeyli toylara dəvət alıb. Nəticədə 70-80 min AZN qonorar əldə edib.
Onun bu açıqlaması aparıcı Zaur Nəbioğlunu və qonaqları şoka salıb.
Qeyd edək ki, Zəhra Muradova ilk dəfə müğənni kimi bu il aprelin 24-də canlı efirə qonaq olub. O, 3 ay əvvəl isə paytaxtdakı salonlardan birində dırnaq ustası kimi fəaliyyət göstərdiyini vurğulayıb.