Buzovna çimərliyində olan mənzərə bir çoxlarını təəccübləndirib.
Bakuplus.az xəbər verir ki, çimərlikdə dəniz suyunun “qaynaması” müşahidə olunur.
Sakinlər bu mənzərəyə səbəb kanalizasiya suları, yoxsa qrunt suyunun olub-olmadığını bilmir. Aidiyyəti qurumlardan hələlik rəsmi açıqlama yoxdur. İstirahətə gələnlər isə təhlükəli vəziyyətdən narahatdır.