Suraxanı rayonu Bahar qəsəbəsinə insanların gediş-gəlişi üçün nə yol, nə də marşrut var.
Bakuplus.az-a müraciət edən sakinlər bildirir ki, yolların bərbad vəziyyətdə olması bir yana, qəsəbədən çıxmaq üçün avtobus yoxdur.
“Bu qəsəbədə yolun asfaltı, işığı yoxdur. Bircə 191 nömrəli avtobus işləyir. Bu boyda qəsəbədən məktəbə bir marşrut var. Millət bel-belə gedir, uşaqlar əzilir”, - deyə şikayətçi bildirib.
Həmçinin sakinlərin sözlərinə görə, normal günlərdə avtobus 10-15 dəqiqə intervalla işləyir, soyuq havalarda isə ümumiyyətlə olmur.