top
Bu gün ilk Xalq şairi Səməd Vurğunun anım günüdür
27 may 2025, 12:10
- +

Bu gün ilk Xalq şairi Səməd Vurğunun anım günüdür

Bu gün Xalq şairi Səməd Vurğunun vəfatından 69 il ötür.

Səməd Yusif oğlu Vəkilov 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Atası gözəl saz ifaçısı kimi tanınıb. Uşaqlıq illərini doğma kəndində keçirən Səməd ibtidai təhsilini rus-tatar məktəbində alıb. Onun 6 yaşı olarkən anası Məhbub xanım vəfat edib. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyüb. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi, ana nənəsi Aişə xanım isə Molla Pənah Vaqifin nəslindən olub.

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qazaxda Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini təşkil edib. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olub. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat edib. Səməd Vurğun 1924-cü ildə seminariyanı bitirdikdən sonra Qazax, Quba və Gəncə məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib.

Səməd Vurğun gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı, çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olub. Hələ təhsil illərində Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olub. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Şairin ilk çap əsəri olan “Cavanlara xitab” şeiri 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunub. 1930-cu illərdə şairin “Könül dəftəri” və “Şeirlər” kitabları çapdan çıxıb. 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ədəbiyyatımızın incilərindən hesab olunur. 1937-ci ildə “Vaqif”, sonrakı illərdə “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” dramlarını, “Zəncinin arzuları”, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını qələmə alıb.

1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib. 1956-cı ilin martında “Azərbaycanın Xalq şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.

Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər