Bu gün mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin doğum günüdür.
O, 1974-cü ildə iyulun 7-də Bakı şəhərində dünyaya göz açıb.
1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbində təhsil almağa başlayıb və 1991-ci ildə təhsilini başa vurub. 1995-1997-ci illərdə cəbhə ərazisində hərbi xidmətdə olub.
1991-1999-cu illərdə Azərbaycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsində oxuyub.
2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. Ərəb, fars və rus dillərini öyrənib.
1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib.
2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi.
2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazılar Şurasının üzvü təyin olunub.
"Haradan başlamalı", "Yaradılışın hədəfi" və "Xoşbəxt ailə modeli" adlı kitabların müəllifidir.
Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli 2023-cü il martın 2-də dünyasını dəyişib.