Son günlərdə Xəzər dənizinin Qazaxıstan sahillərində 200-dən çox suiti cəsədi aşkarlanıb.
Bakuplus.az xəbər verir ki, suiti cəsədlərinə Buzovna çimərliyində də rast gəlinib. Belə ki, redaksiyamıza göndərilən görüntülərdə suitinin cansız bədəninin sahilə çıxdığı görülür.
Xatırladaq ki, ötən gün Pirşağının Qızılqum çimərliyində də belə hal aşkarlanmışdı.
Bildirilib ki, bu, mövsümi xarakter daşıyan prosesdir və adətən, payız aylarının sonunda və yaz aylarında müşahidə olunur. Cəsədlərin Abşeronun şimal hissəsində aşkarlanması isə küləklərlə bağlıdır.