Xətai rayonu Gəncə prospekti 20 A ünvanında yerləşən binanın sakinləri istilik sistemindən şikayətçidirlər.
Bakuplus.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bina sakinlərinin sözlərinə görə, bu problem 23 ildir ki, davam edir. Binanın qazanxanasında uzun müddət təmir işləri aparılsa da, istilik sistemi bərpa edilmir.
Sakinlər bildirir ki, dəfələrlə “Azəristiliktəchizat” ASC-ə şikayət olunsa da, heç bir tədbir görülmür.
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC bu gündən Bakı və bir sıra bölgələrə istilik verməyə başlayıb.