Abşeron Gənclər Şəhərciyində “Akkord STİK” şirkətinin tikdiyi binalardan birində - 56-cı blokda lift işləmir.
Bakuplus.az-a müraciət edən sakinlər bildirir ki, hər gün pilləkənləri piyada qalxmaq məcburiyyətində qalırlar.
“Bir gündən bir bu liftlər xarab olur. Heç bir nəzarət yoxdur. Ötən gün bir uşaq liftdə qalıb. Çox pis vəziyyətə düşüb. Bilmirəm, bura lift idarəsi baxır, ya “Akkord” şirkəti özü baxır. Sakinlər olaraq tələb edirik ki, müvafiq qurumlar üzərlərinə düşən öhdəliyi yerinə yetirsin”.
Sakinlərin sözlərinə görə, binadakı problem təkcə bununla da bitmir. Belə ki, onlar bildirir ki, yaşayış binasında özbaşınalıq baş alıb gedir:
“Keçən dəfə “Azərsu”nun əməkdaşları borca görə qonşunun su borusunu kəsiblər. Bütün bloku su basıb. Qonşular su içində qalıb”.
Bildirilir ki, binanın divarları da bərbad vəziyyətdədir.
Sakinlər problemlərin tez bir zamanda aradan qaldırılmasını tələb edir.