Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Azadlıq 4 ünvanında yerləşən binanın təxminən 1 əsr yaşı var. Sözügedən bina qəzalı vəziyyətdədir, divarları çat verib, pilləkənləri isə tamamilə deformasiyaya uğrayıb.
Milli.az xəbər verir ki, sakinlərin sözlərinə əsasən, yağış yağanda evlərə su dolur.
Məsələ ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən bina ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən akt tərtib edilib.