Aparıcı Tarix Əliyev (Tolik) şəxsi “Instagram” hesabında izləyicilərindən gələn sualları cavablandırıb.
Bakuplus.az xəbər verir ki, suallardan biri aparıcının yeni doğulmuş övladının anası ilə bağlı olub. Tolik “Gələcəkdə qızınız anası ilə görüşmək istəsə, bu qərarı necə qarşılayarsınız?” sualına belə cavab verib:
"Surroqat analar heç vaxt övladları ilə görüşmək istəmirlər. Çünki onlar bu uşaqları qucaqlarına belə almırlar. İnanıram ki, həmin vaxta qədər ailə quraram, evimin xanımı olar və balama sevgisini verər. Balama görə heç narahat deyiləm. O, sevgidən gəlib”.