Ağır iş günündən sonra çoxları evə gedib dincəlmək istəyir. Ancaq təəssüf ki, Yasamal rayonu, Heydər Hüseynov 1A küçəsinin sakinləri bundan məhrum olublar.
Bakuplus.az redaksiyasına müraciət edən sakinlər bildirir ki, günlərdir səs-küydən evdə otura bilmirlər.
Onların sözlərinə görə, hər gün gecə saatlarında tikinti işləri aparılır.
Redaksiyamıza göndərilən görüntülərin gecə 01:15-də çəkildiyi bildirilir.