Yasamal rayonu, H.Məcidov küçəsində səki yoxdur.
Bu barədə Bakuplus.az-a sakinlər məlumat verib.
Onların sözlərinə görə, bununla bağlı uzun illərdir əziyyət çəkirlər.
“Obyektlər hər yeri zəbt edib. Məcbur yol ilə hərəkət edirik. Ötən gün az qala maşın vurmuşdu”, - deyə şikayətçi bildirib.
Qeyd edək ki, redaksiyamıza Bakının səki problemi ilə bağlı dəfələrlə müraciət olunub.