“Hazırda Bakı şəhərində mövcud olan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə həm elektrik enerjisinin olmaması, həm də texniki səbəblərdən svetoforların işində problemlər yaranır”.
Bunu Bakuplus.az-ın sorğusuna cavab olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib.
Onun sözlərinə görə, mərkəzin əməkdaşları gücləndirilmiş iş rejimində problemin qısa müddət ərzində həll edilməsi üçün çalışırlar.
“Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
Yollardakı vəziyyətlə bağlı operativ məlumatlandırma təmin ediləcək”, - məlumatda bildirilir.
09:38
***
Paytaxtın mərkəzindəki bir neçə işıqfor sıradan çıxıb.
Bununla bağlı Bakuplus.az redaksiyasına görüntülər göndərilib.
Bildirilir ki, Yasamal və Nərimanov rayonları ərazisində bir çox işıqforlar sıradan çıxıb.
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə(NİİM) sorğu ünvanlanıb.