Paytaxtın mərkəzində Mirzəağa Ağayev küçəsində sakinlər piyadalar üçün nəzərdə tutulmuş səkilərdən istifadə edə bilmir.
Bununla bağlı Bakuplus.az-a müraciət edən şikayətçilər bildirir ki, onsuz da dar olan küçələr bəzi obyekt sahiblərinə görə daha da keçilməz vəziyyətə düşüb. Belə ki, bəzi iaşə obyektlərinin giriş-çıxışı səkiləri zəbt edib.
Bu isə piyadaları məcburən avtomobil yoluna çıxmağa vadar edir və onların həyatı üçün təhlükə yaradır.
Sakinlərin sözlərinə görə, bu vəziyyət xüsusilə yaşlılar, uşaqlar və əlilliyi olan şəxslər üçün daha da çətindir.
Şikayətçilər müvafiq qurumlardan paytaxtın bəzi küçələrində yaranmış belə acınacaqlı vəziyyətin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməsini tələb edirlər.