Bakının 3 rayonunda oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, Nəsimi rayonunda bir nəfərin bank kartından 900 manatını oğurlamaqda şübhəli bilinən 27 yaşlı T.Telmanzadə, Nərimanov rayonunda bir nəfərin bank kartından 1000 manatını oğurlamaqda şübhəli bilinən 32 yaşlı A.Şirinova, Yasamal rayonunda isə bir nəfərin bank kartından 188 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı F.Yaqubov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.