Bakıda kişi yıxılaraq ölüb.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu 6-cı Dairəvi küçəsində baş verib.
33 yaşlı Nicat Arif oğlu Muxtarlı yaşadığı evin hamam otağında yıxılaraq, başından xəsarət alıb. Nəticədə o, yerindəcə keçinib.
Məlumata görə, N.Muxtarlı hadisə zamanı sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.