Bakıda avtomobil qəza törətdikdən sonra işıqforu yararsız vəziyyətə salıb.
Bu barədə Bakuplus.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada işıqforu sıradan çıxıb, digər nəqliyyat vasitəsinə zərər dəyib. Daha sonra minik avtomobilinin sürücüsü hadisə yerindən yayınmaqla əks istiqamətdə olan yolla hərəkət etməyə çalışıb.
Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü məsuliyyətə cəlb edilib.